Rusiyada yol qəzasında xəsarət alan azərbaycanlının zinət əşyaları və pulu oğurlanıb - FOTO

Yol qəzaları 07 Noyabr 2019 | 07:27
OXUNUB: 591

Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində zərər çəkən Sənubər Turabovanın sənədləri, zinət əşyaları və pulu oğurlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a zərərçəkənin yaxınları məlumat verib.

"Mən Sənubər Turabovanın sənədlərini tapmaq üçün ilk öncə hadisə yerindən götürülmüş əşyalara baxdım. Əşyalar arasında onun çantasını tapa bilmədim. Təcili tibbi yardıma müraciət etdim, onlar da bildirdilər ki, bu barədə məlumatları yoxdur. Çantada sənədlər, zinət əşyaları və 300 min rubl var idi", - deyə S.Turabovanın yaxını Ayətşah Həşimov bildirib.

A.Həşimov qeyd edib ki, bununla bağlı Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Qeyd edək ki, Rostovdan Bakıya gələn mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.

Hadisə zamanı mikroavtobusda 9 Azərbaycan vətəndaşı olub. Onlardan 8-i xəsarət alıb. Yaralılar yerli şəhər xəstəxanasına çatdırılıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man