Türkiyənin Dənizli vilayətində it zəncirvari yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident ötən gün Dənizli – Muğla avtomagistralının Tavas qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Muğla istiqamətində hərəkətdə olan Leyla S. idarə etdiyi 20 K 5467 qeydiyyat nömrə nişanlı avtomobillə qarşısına çıxan iti vurmamaq üçün anidən dayanıb. Bundan sonra Leyla S.-nin maşınına arxadan gələn Mustafa G.-nin idarə etdiyi 34 BEL 834 qeydiyyat nömrə nişanlı avtomobil, Mustafa G.-yə də Yaşar D.-nin idarəetməsində olan 20 DK 330 qeydiyyat nömrə nişanlı maşın çırpılıb.
Toqquşma nəticəsində 20 DK 330 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsində sərnişin qismində olan 75 yaşlı Havanə Dönməz ağır, daha bir nəfə isə yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Ağır yaralanan 75 yaşlı Havanə Dönməz, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatının xilas etmək olmayıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man