Fövqaladə Hallar Nazirliyinin (FNN) əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar. Kütləvi dava zamanı xəsarət alanlar olub.
Sfera.az xəbər verir ki, bu barədə "Azerinfo.tv" məlumat yayıb.
Xəbərə görə, hadisə bazar günü, 7 iyul tarixində baş verib.
Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb. Mübahisə kütləvi dava ilə nəticələnib. Hadisə yerinə polis gəlib.
Xəbər verilir ki, 3 FHN əməkdaşı baradə araşdırma gedir. Qarşı tərəfdən bir nəfər həbs edilib.
Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man