Dünən saat 22:20 radələrində, paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanında iki marşurut avtobusu toqquşub. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Şöbə rəisi bildirib ki, 99 JH 064 dövlət nömrə nişanlı, “BakuBus” MMC-ə məxsus İVECO markalı 7a marşurut xətti ilə hərəkət edən avtobus, 90 RA 864 dövlət nömrə nişanlı “AZLAND Plaza” MMC-ə məxsus “İsuzu” markalı 57 nömrəli avtobusun sürücüsü tərəfindən vurulub. Nəticədə ölüm olmasa da, 6 nəfər xəsarət alıb.
Vaqif Əsədov qeyd edib ki, qayda pozaraq hadisəyə səbəb olmuş 57 nömrəli avtobusun sürücüsü 1967-ci il təvəllüdlü, Suraxanı rayon sakini Babayev Yaşar Hüseynağa oğlu yol polisinin tibbi müayinədən keçmə təklifindən imtina edib.
“Şübhə yarandığı üçün sürücü Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Yaşar Babayev 15 gündür ki, adıçəkilən şirkətdə işləməyə başlayıb. Həmçinin əvvəllər cinayət məcəlləsinin 234.2 maddəsi ilə məhkumluq həyatı yaşayıb.”
Hazırda Nizami rayon Polis İdarəsində sürücünün reysqabağı tibbi müayinədən keçməsi, eləcə də sürücünün narkotik vasitə və spirtli içkidən istifadə edərək sükan arxasında əyləşməsini müəyyənləşdirmək üçün analiz götürülməsi ilə bağlı araşdırma aparılır.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man