Xırdalan şəhərində qaydaları pozan avtobus sürücüsü hərəkət iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, noyabrın 3-də Xırdalan şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edən 10-TG-722 qeydiyyat nişanlı 119 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü, svetoforun qırmızı işığını görə-görə qəsdən qadağanedici işıqda keçərək sola- Mehdi Hüseynzadə küçəsinə dönüb. O, sola dönən zaman, digər istiqamətlərdən yolayrıcına svetoforun yaşıl işığında daxil olan sürücülərin hərəkətinə mane olaraq sərnişinlərin həyatını təhlükəyə atıb.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man