Elnur Rzayev adlı şəxs sosial şəbəkədə yol polisi əməkdaşı ilə dialoqunu əks etdirən video paylaşıb. Avtosfer.az xəbər verir ki, görüntüdə Elnur Rzayev idarə etdiyi minik avtomobili ilə M.Hadi küçəsi ilə hərəkət edən zaman, yolun sol zolağına keçərək düzünə hərəkəti davam etdirib.
Qeyd edək ki, yolun sol zolağı 1.18 nişanlanma xətti ilə yalnız sola dönməyə icazə verir və svetaforun seksiyaları ilə də tənzimlənir.
Düzünə hərəkət edən sürücü bir neçə metr irəlidə xidmət aparan YPX inspektoru tərəfindən saxlanılır. Yol polisinin "niyə sırf soldan gəlirsən? Axı sol yalnız sola dönməyə icazə verir" iradına sürücü “belə gəlmək istədim” deyərək cavab verir. YPX inspektoru insani faktorları nəzərə alaraq sürücüyə protokol tərtib etmədən yola salır.
Lakin, Elnur Rzayev sosial şəbəkədə “Bilərəkdən o yola çıxdım. Gündə 100 dənə maşın saxlayıb cərimə yazır və ya pulunu alırlar” başlığı ilə video paylaşaraq, heç bir sübut təqdim etmədən inspektoru qərəzli olaraq pul almaqda ittiham edir.
Qeyd edək ki, M.Hadi küçəsində 1.18 nişanlanma qanunauyğun olaraq 20-30 metrdən bir 3 dəfə təkrarlanır. Sürücünün iddia etdiyi 1.18 nişanlanma xətti, 5.8.1- 5.8.2 nişanları ilə birlikdə və ya müstəqil tətbiq oluna bilər. Sürücü açıq şəkildə, qəsdən qayda pozur və əməli “İnzibati Xətalar Məcəlləsinin” 327.1 ci maddəsi ilə tövsif olunur.
Elnur Rzayevin “Yol Hərəkəti Haqqında Qanunu” pozması azmış kimi, sosial şəbəkədə “qanunuz cərimə yazır və ya pul alır” kimi böhtan xarakterli çıxışı ayrıca Cinayət Məcəlləsinin 147-ci madəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 147-ci maddəsində “147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə —min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” tədbir nəzərədə tutulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Dövlət Yol Polisi videogörüntü əsasında qanuni araşdırma aparıb, sürücü barəsində ciddi addımlar atacaq.
Rüstəm Cəfərov
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man