Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 2-də saat 19 radələrində Şirvan şəhərinin M.Mirzəyev prospektində şəhər sakini E.Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əlisafa Zeynalovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man