Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar - FOTO

Maraqlı 04 Noyabr 2019 | 08:57
OXUNUB: 1219

Paris-Syud Universitetinin alimləri Efiopiyanın Dallol vadisində hər hansı bakteriyaların mövcud olmadığını aşkarlayıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" jurnalı bildirib.

Beləliklə onlar planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddiaları şübhə altına qoyublar. "Bizim tədqiqatımız sübut edir ki, Yerin səthində hətta su olduğu halda tamamilə cansız yerlər mövcuddur", - deyə alimlər jurnala bildiriblər.

Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Ərazidəki suyun tərkibində maqnezium üstünlük təşkil edir. Habelə suyun tərkibində son dərəcə turş və duzlu məhlul var. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man