Türkiyənin İzmir vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün saat 17.30 radələrində Çiğli rayonunda qeydə alınıb.
Məlumata görə, sürücüsünün şəxsiyyəti müəyyənləşdirilməyən və həddindən artıq sürətlə idarə olunan 35 KUV 24 qeydiyyat nömrə nişanlı minik avtomobili, naməlum səbəblərdən idarəetmədən çıxıb. Bundan sonra hərəkət zolağından çıxan maşın, yol kənarındakı ağaca çırpılaraq çevrilib. Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Yaralı hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man