Yeddi nəfərin xəsarət almasına səbəb olan sürücü axtarılır - FOTO

Yol qəzaları 01 Noyabr 2019 | 15:25
OXUNUB: 645

İstanbulun Sarıyer qəsəbəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Maslak Böyükdərə küçəsi, Levent istiqamətində qeydə alınıb.

Məlumata görə, işıqforun qırmızı işığında gözləyən Dəniz K. idarəetməsində olan 34 AY 2635 qeydiyyat nömrə nişanlı avtomobilə, sürücüsünün şəxsiyyəti müəyyənləşdirilməyən 34 BAH 261 qeydiyyat nömrə nişanlı maşın arxadan çırpılıb. Zərbənin şiddətindən hərəkət edən 34 AY 2635 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yolu keçmək istəyən piyadaları vurub.

Nəticədə sürücü Dəniz Kılıboz ilə oğulu Loğman Kılıboz, Məhəmməd Kılıboz və hamilə olan Gülcan Axarçay, piyadalardan isə Mustafa Ünlü, Vəli Bayram və əlil olduğu öyrənilən Əli Gəzici  xəsarətlər alaraq “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara yerləşdiriliblər.

Qəzaya səbəb olan sürücü isə hadisədən sonra qəza yerindən qaçıb.

Polis qaçan sürücünü yaxalamaq üçün axtarışlara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man