Peruda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib. Avtosfer.az-ın məlumatına görə, avtobus Limadan Aykuço istiqamətində hərəkət edib.
İlkin məlumatlara görə, avtobus, Çaparru rayon ərazisinə girişində döngədə sürücünün idarə etməsindən çıxaraq aşıb.
Nəticədə 2 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobillərinin köməkliyi ilə Çalı, Akari Belıya Unona və Atikipa rayonlarında yerləşən xəstəxanalara çatdırılıblar.
Hadisə yerinə xilasetmə və polis briqadaları cəlb edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man