Vətəndaş qayda pozan sürücüdən şikayət etdi, DYP cərimələdi - FOTO - VİDEO

İctimai nəqliyyat 31 Oktyabr 2019 | 10:07
OXUNUB: 2225

Bakıda manevr qaydalarını pozan sürücüyə cərimə yazılıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib. Belə ki, manevr qaydalarını pozaraq şikayətçiyə təhlükə yaradan 99 HH 296 dövlət nömrə nişanlı avtomobilin sürücüsü barəsində aidiyyəti olaraq DYP rəhbərliyinə şikayət ünvanlanıb və görüüntülər təqdim olunub. Nəticədə yol polisi həmin sürücünü aşkar edərək cəzalandırıb.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bəzən sürücülər yol polisi və kamera olmayan ərazidə məsuliyyətdən yayına biləcəklərini zənn edirlər. "Bu gün qaydaları bilən, eyni zamanda avtomobilində videoqeydiyyatçı olan yüzlərlə insan var. Odur ki, qayda pozmağa meyilli olan sürücülər təkcə yol polisi və təhlükəsiz şəhər kameralarından deyil, o cümlədən həmin videoqeydiyyatçıların obyektivlərindən də yayınmır. Həmçinin bu şikayətlər əsasında DYP cərimələr tətbiq edir."

Elməddin Muradlı bildirib ki, bu vətəndaşlıq mövqeyi təqdir edilməlidir. "Bəziləri buna "satqınlıq", "işverənlik" kimi adlar qoyurlar. Amma bu deyən addamların özləri sabah həmin qayda pozan sürücülərin əməli nəticəsində zərər çəkəndə necə olacaq? Odur ki, ictimai qınaq hər zaman olmalıdır."

Videonu və fotoları təqdim edirik:

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man