Dağıstanın Maxaçqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 30-da səhər saatlarında qeydə alınıb.
Məlumata görə, 25 yaşlı yerli sakin idarə etdiyi “Infiniti” markalı avtomobillə, hərəkətdə olan zaman sükan idarəetməsini itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin şiddətindən nəqliyyat vasitəsi alovlanıb.
Nəticədə sürücü ilə birlikdə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar müxtəlif dərəcəli bənd xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man