2019-cu ilin doqquz ayı ərzində Rusiyada 7.2 min yeni "pikap" satılıb. Avtosfer.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır.
Yanvar-sentyabr aylarının nəticələrinə əsasən lider “UAZ Pikap” olub – bu modeldən 2605 ədəd satılıb.
Reytinqin ikinci və üçüncü yerlərində isə “Toyota Hilux” (2191 əd), “Mitsubishi L200” (1358 əd.) nəticə ilə qərarlaşıb.
Sentyabrın 20-də məlum olub ki, son 5 ildə Rusiyada yeni avtomobillərin qiyməti 76% bahalaşıb.
Yüksələn avtomobil qiymətləri, rublun dünya valyutalarına nisbətdə düşməsini tam şəkildə kompensasiya edib.
Buna baxmayaraq, başqa amillər üzündən avtomobillərdə qiymət artımı davam edəcək. Xüsusilə də inflyasiya səbəbindən.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man