Bakıda işıq cihazlarından istifadə qaydalarını pozan yük maşını kameraaya düşüb. Avtosfer.az xəbər verir ki, günün qaranlıq vaxtında 90 TS 244 dövlət nömrə nişanlı avtomobilin sürücüsü arxa stop işıqları işləmədən nəqliyyat vasitəsini idarə edir. Bu isə arxadan gələn sürücülərin onu görməsini əngəlləyir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu qayda pozuntusu ilə yanaşı həm də birbaşa təhlükədir. "Təsəvvür edin ki, yüksək sürətlə hərəkət edən avtomobil yaxən işıqlardan istifadə edən zaman həmin yük maşınını son anda görür. Əyləci bassa belə avtomobil dayanmayacaq. Nəticədə ağır qəza baş verəcək. Bu həm də sürücüyə düzgün ara məsafəsini seçməkdə çətinlik yaradır. Qəzaların bir çoxu da məhz bu situasiyada baş verir. Düşünürəm ki, yol polisi həmin sürücünü aşkarlayaraq cərimə etməklə yanaşı işıq cihazlarını təmir etmət barədə də ciddi xəbərdarlıq etməlidir."
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man