İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Otuziki kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Qarayev Qarakişi Ənvər oğlu idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man