Gəncədə baş verən avtomobil qəzasında 2 tələbə ölüb

Yol qəzaları 29 Oktyabr 2019 | 10:44
OXUNUB: 972

Gəncədə şəhərində iki tələbənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.

E.Qasımov bildirilib ki, baş vermiş ağır avtomobil qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.4 (nəqliyyatda ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Zaur Məmmədovun idarə etdiyi "Lada Priora" markalı avtomobil İ.Qayıbov küçəsi ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman, Abbasəli Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində, "Priora"nın sərnişinləri, Tərtər və Saatlı sakinləri, 2000-cı il təvəllüdlü Akif Arif oğlu Bayramlı və həmyaşıdı Eldar Kərim oğlu Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Xatırladaq ki, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.

*** 08:24

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Lada Priora" markalı avtomobil öncə "VAZ" markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb. Qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man