Bu xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməyəcək - Azərbaycanda

Nəqliyyat xəbərləri 28 Oktyabr 2019 | 20:31
OXUNUB: 2817

Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı təsdiq ediləcək. Avtosfer.az xəbər verir ki, “Sputnik Azərbaycan”a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu, məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb. Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün digər məsul qurumlar Daxili İşlər, Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, eləcə də Bakı Nəqliyyat Agentliyidir.

Qeyd edək ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Təlimatın təsdiq edilməsi barədə qərarda bununla bağlı müvafiq bənd var. Həmin bənddə qeyd edilir ki, siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər imtahanlara buraxılmır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man