Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Səmədov Behzad Qubad oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona beyin silkələnməsi və ənsə nahiyəsinin yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man