Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az">Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man