Yasamal rayonunda 3 avtomobil toqquşub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə “20 yanvar dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək taksi fəaliyyəti ilə məşğul olan Tamerlan Musayevin hərəkətsiz dayanan “Opel” markalı avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Opel” digər eyni markalı avtomobilə çırpılıb. Qəza zamanı sonuncu qəzaya uğrayan “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Avtotexniki ekspertiza təyin edilib. “Mercedes”in sürücüsü isə Alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.
Qəzaya uğrayan hər 3 avtomobil cərimə meydançasına yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man