Rusiyanın Sankt-Peterburq şəhərində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 8 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 24-də Lermontovsk prospekti ilə “Obvodnıy” kanalının sahil yolu kəsişməsində qeydə alınıb.
Məlumata görə, işıqforun qırmızı işığından keçən sürücü “Volkswagen Polo” markalı avtomobillə, ağ rəngli “Renault Kaptur” markalı maşınla toqquşub. Zərbənin gücündən “Renault” piyada keçidindən keçən piyadaların üzərinə aşıb, “Volkswagen” isə idarəetmədən çıxaraq səkidə dayanan piyadaların üzərinə doğru hərəkət edib.
Nəticədə 7 nəfər piyada və “Renault”ın qadın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Polis qəza ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bildirilir ki, 8 nəfərin xəsarət almasına səbəb olan “Volkswagen” markalı avtomobilin sürücüsü rüşvətə görə axtarışda olub. Qırğızıstan vətəndaşı olan şəxs hazırda həbs edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man