Məsələni gərginləşdirməyə çalışan üçüncü tərəf var – EKSPERTDƏN AÇIQLAMA

21 İyun 2019 | 11:36
OXUNUB: 2548
 

"Hesab etmirəm ki, bu iki ölkə arasında toqquşmanın başvermə risqi böyükdür”


Sfera.az-a açıqlamasında bu sözləri İranın ABŞ-a məxsus pilotsuz uşan aparatı vurmasının bölgədə iki ölkə arasında cərəyan edən prosesə necə təsir edəcəyinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib:


"Sözsüz ki, son hadisədən sonra İranla ABŞ arasında vəziyyət daha da gərginləşib. Amma bununla belə hesab etmirəm ki, bu iki ölkə arasında toqquşmanın başvermə risqi böyükdür. Çünki hələlik tərəflər bundan çəkinməyə çalışır. Düşünürəm ki, sonda tərəflər bu kimi qızışdırıcı addımlardan çəkinəcəklər. Amma hər halda, tankerlərə olan hücumların kimlər tərəfindən təşkil edildiyi də bilinmir. Bu sual da hələlik açıq qalır”.

 

 

Həmsöhbətimiz düşünür ki, ABŞ prezidenti seçkilərə hazırlaşdığından İranla toqquşmaya getməyəcək: "Hansısa bir üçüncü tərəf var ki, məsələnin gərginləşməsində maraqlıdır. Bütün hallarda hesab edirəm ki, hər iki tərəf toqquşmadan çəkinir. Çünki bilirlər ki, bu bölgə üçün böyük fəlakətlərə səbəb olacaq. Dronun hansı hava sahəsində vurulması məsələsi də açıq qalmaqdadır. Bununla yanaşı, qarşıdakı dönəmdə son hadisələrə bənzər növbəti gərgin situasiyaların baş verməsi də mümkündür. Lakin bütün hallarda yaşanan gərginliyin hərbi toqquşmaya çevriləcəyini düşümürəm. Amerika prezidenti də seçkilərə hazırlaşır. Onun özü də istəməz ki, belə bir ərəfədə hansısa bir dövlətlə toqquşsun. Bu toqquşma böyük hərbi xərclər deməkdir. Bu mənada ola bilsin Tramp toqquşma variantından çəkinməyə çalışacaq”.


Qeyd edək ki, İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını (Triton MC-4C) vurub. Vaşinqton dronun Hörmüz boğazı üzərindəki beynəlxalq hava məkanında, iranlılar isə ölkənin hava məkanında vurulduğunu bildirirlər.

ELÇİN

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man