“Avtolüks Azərbaycan” Bakıda yeni müasir Satış və Servis Mərkəzi açır - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 22 Oktyabr 2019 | 13:21
OXUNUB: 2399

Jeep, Dodge, Alfa Romeo, Abarth, Fiat, Fiat Professional və Chrysler avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan “Avtolüks Azərbaycan” MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan qlobal korporativ standartlar əsasında inşa edilmiş yeni FCA Satış və Servis Mərkəzinin açılışı ilə ölkədə olan fəaliyyətini genişləndirməyə davam edir. Bakı şəhəri, Ü.Hacıbəyli 57C ünvanında fəaliyyət göstərən Satış və Servis Mərkəzinin davamınca, paytaxtın Aşıq Molla Cümə 42B ünvanında Şirkətin yeni Satış və Servis Mərkəzi fəaliyyətə başlayıb. 
Xidmət mərkəzinə FCA şirkətinin qlobal korporativ standartları əsasında inşa edilmiş 2830 kv.metr əraziyə malik 2 mərtəbəli satış salonları və 2344 kv.metr sahəsi olan rəsmi istehsalçının tövsiyyə etdiyi müasir qurğularla və proqram təminatı ilə təchiz edilmiş servis mərkəzi daxildir. Mərkəzin ümumi sahəsi 5174 kv.metr təşkil edir.      
Azərbaycanın avtomobil seqmentinin nüfuzlu və etibarlı nümayəndəsi olan “Avtolüks Azərbaycan” xidmət standartlarına sadiq qalaraq yeni mərkəzdə də müştərilərinə 3 S prinsipi üzrə (Sales, Service, Spare Parts) "Jeep", “Dodge”, “Alfa Romeo”, “Fiat” və “Fiat Professional”  markalarının müxtəlif modellərinin satışı, həmçinin texniki xidməti, ehtiyat hissələri və aksessuarların satışı üzrə yüksək səviyyəli xidmət göstərir. 
Mərkəzdə avtomobillərin satışı bazar ertəsi – şənbə günləri, saat 10:00-dan 19:00-ə kimi, bazar günü isə 10:00-dan 16:00-a qədər, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi – şənbə günləri, saat 09:00-dan 18:00-a kimi həyata keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man