Türkiyənin Sivas vilayətində sərnişin marşrutu və minik avtomobilinin iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün yerli saatla 21.30-da İsmət Yılmaz küçəsində qeydə alınıb.
Məlumata görə, Mustafa Başpınar idarə etdiyi 58 H 0067 qeydiyyat nömrə nişanlı marşrut avtobusu, sürücüsünün idarəetməsindən çıxan 58 MA 0095 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan avtobus səkinin üzərindən keçərək boş əraziyə aşıb.
Nəticədə avtobusda olan Cümhuriyyət Universitetinin tələbəsi, 22 yaşlı Əməl Duruduyğu aldığı xəsarətlərdən dünyasını dəyişib, marşrut sürücüsü Mustafa Başpınar isə yaralanıb.
Qəzadan sonra deformasiyaya uğrayan minik avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.
Avtomobilin qeydiyyat nömrə nişanını müəyyənləşdirən polis əməkdaşları qısa müddət ərzində 2 iranlı vətəndaşı saxlayıb. Polis qəzanın günahkarlarını aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.
Bildirilir ki, avtobusda sürücüdən və tələbə qız sərnişindən başqa heç kim olmayıb.
Hadisənin görüntüləri avtobusun daxili təhlükəsizlik kameralarına düşüb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man