Avropada ilk - Tallində plastik tullantılardan yol çəkilib

Yeniliklər 19 Oktyabr 2019 | 12:18
OXUNUB: 1062

Avropa ölkələrindən olan Estoniyada ilk dəfə olaraq plastik tullantılardan yol çəkilib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, paytaxt Tallin küçələrinin birində piyada keçidi plastik tullantılardan hazırlanmış yol örtüyü ilə üzlənib. Şəhər rəhbərliyi bunu hazırda dünyanı narahat edən plastik tullantıların düzgün istifadəsi istiqamətində atılmış əhəmiyyətli addım hesab etdiyini bildirib. Şəhər rəhbərliyinin bu addımı bütün Avropa ölkələri tərəfindən alqışlanıb.

Sözügedən məhsul Şotlandiya şirkətlərindən biri tərəfindən hazırlanıb. Tədqiqatlar göstərib ki, bitumla qarışdırılmış bu məhsul uzunömürlüdür. Təbii ki, bu məhsul istilik dərəcəsi +30-u keçməyən ölkələr üçün daha uğurludur.

Maraqlı faktlardan biri də odur ki, bir kilometrlik yolun çəkilməsinə təxminən 684 min plastik butulka və ya 1,8 milyon birdəfəlik plastik paket sərf olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man