Naxçıvanın Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.
Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man