Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

İctimai nəqliyyat 15 Oktyabr 2019 | 19:48
OXUNUB: 3338

Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Albert Tahirovun bəraət hökmündən Ali Məhkəməyə müraciət edilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, prokuror onun barəsində olan hökmdən kassasiya protesti verib.

Ali Məhkəmədə kassasiya protesti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə, X.Bağırzadə vəfat edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə A.Tahirova beş il məntəqə tipli cəza verilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man