Türkiyənin Dənizli vilayətində qatarın və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 13-də Bozqurd rayonunda qeydə alınıb.
Məlumata görə, Səlahəddin D. idarə etdiyi “Renault” markalı minik avtomobili ilə dəmir yolu keçidindən keçmək istəyərkən, eyni anda Əskişəhər istiqamətinə doğru hərəkətdə edən ekspress sərnişin qatarı ilə toqquşub. Qəzanın şiddətindən nəqliyyat vasitəsi bir neçə metr kənara düşərək çevrilib.
Nəticədə “Renault”da sərnişin kimi olan şəxsiyyətləri müəyyən edilməyən ər-arvad aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər, sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man