"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...

Maraqlı 11 Oktyabr 2019 | 00:38
OXUNUB: 2007

Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.

Avtosfer.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun özlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır.

"Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil. Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlərə bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün “BakuBus”ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq", - deyə M. Ağayev qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man