Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, rayonun Müşfiq qəsəbəsi ərazisində yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Balakən rayonunun Qazma kəndi ərazisində isə kənd sakini Əsəd Vəliyev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə həmkəndlisi Eşqin Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni Balakən Rayon Polis Şöbəsi araşdırır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man