Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Salyan şossesi 22 ünvanında qeydə alınan görüntülərdə 60 BD 006 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinin tələblərini (svetoforun qadağanedici işığında keçmək) pozub. "Hyundai" markalı avtomobilin sürücüsü qırmızı işıqda keçən zaman yaşıl işıqda keçən "Nissan Tida" markalı avtomobilə təhlükə yaradıb. Yol polisi isə görüntülərə əsasən sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbi ilə 60 manat və 3 bal cəzalandırılıb. Görüntüləri təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man