"Əmim nəvəsi soğandan bir milyon qazanıb" – Aqil Abbas - VİDEO

Maraqlı 09 Oktyabr 2019 | 09:04
OXUNUB: 1372

Millət vəkili Aqil Abbas "İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olub.

Verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub.

"Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərüfatımda. Məhsulumu da satdım gürcüstanlılara”.

Qeyd edək ki, müzakirələrin birində işsizlikdən şikayətlənən kəndlilərə "torpağın var, soğan ək, ailəni saxla”, - deyən Aqil Abbasın bu sözü uzun müddət müzakirə mövzusu olmuşdu. (Oxu.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man