Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Cavanşir Əmiraslanov "Mercedes-Benz" markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə Qazax rayonuna yas mərasiminə gedən, Ağstafa rayon Qırlı kənd sakini, 1975-ci il təvəllüdlü Gülşən Tağıyevanı vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb. Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər. Piyadanın vəziyyətinin orta-ağır, sürücünün isə koma vəziyyətində olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man