Türkiyənin Sakarya vilayətində TIR-ın iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Pamukova rayonunda qeydə alınıb.
Məlumata görə, Biləcik istiqamətində hərəkətdə olan TIR, bir anda sürücünün idarəetməsindən çıxaraq əvvəlcə dayanacağa sonra da yol üzərində olan piyada keçidinin dəmir dirəyinə çırpılıb.
Hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınlarla xəstəxanaya çatdırılıblar.
Qəza yerinə xilasetmə və polis briqadaları cəlb olunub.
Araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man