Rusiyanın Nijneqorodsk əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 6-da Qaqinski rayonunda qeydə alınıb.
Məlumata görə, Saratovdan Bolışoy Boldinoya Puşkinin muzey-qoruğunu ziyarət etməyə gələn turistləri daşıyan avtobus döngədə sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Bildirilir ki, avtobusda 29 nəfər olub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man