BMW avtonom avtomobilin sekslə məşğul olmaq üçün ideal məkan olduğunu bildirib

Nəqliyyat xəbərləri 05 Oktyabr 2019 | 23:08
OXUNUB: 1042

Bu günlərdə Münhen istehsalçısı dərc etdiyi reklam çarxında avtopilot sistemi ilə təchiz edilmiş avtomobillərin sekslə məşğul olmaq üçün ideal məkan olduğunu diqqətə çatdırıb.

Təəssüflər olsun ki, alman subbrendinin Twitter sosial şəbəkəsində dərc etdiyi "Sevincin yeni anları" adlı çarx dərc edildikdən dərhal sonra silinib. Çarxa baxmağa macal tapmış şəxslər çarxın süjetində gələcəkdə insanların BMW Vision iNext modelinin salonunda sekslə məşğul olacaqlarını bildirilib. Çarxda, yoldan keçən polis avtomobilinin salondakı "qızğın" anların işıqlandırdığı səhnə yer alıb.

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, bəs almanlar bu çarxı niyə tələm-tələsik yığışdırıblar? Çox güman ki, onlara "camaatın anası-bacısı olduğunu" izah edənlər tapılıb. Zarafat edirəm. Əslində məsələ təhlükəsizlik ilə bağlıdır. Məlum məsələdir ki, videoçarxdakı şəxslər təhlükəsizlik kəmərlərindən istifadə edə bilməzdilər. İstənilən halda, BMW çarxda "bu bir nümayişdir" və "BMW tam avtonom avtomobilləri təklif etmir" yazaraq insanları xəbərdar edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man