Abşeron məktəbliləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə ekskursiya ediblər. "Yol Polisimizlə bir gün” adlı tədbir «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq tədbirləri çərçivəsində baş tutub.
Ekskursiyada, Xırdalan şəhər 1, 2, 4, 5, 7 və 9 nömrəli tam orta məktəblərinin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak edib.
Məktəblilər əvvəlcəBaş DYP İdarəsinin stasionar postlarından birinə ekskursiya ediblər. Burada şagirdlərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub və postun iş fəaliyyətini canlı izləmək imkanı yaradılıb.
Daha sonra DİN-in Baş DYP İdarəsinin inzibati binasına gələn şagirdlər burada binanın struktur quruluşu, konfrans zalı və sair obyektlərlə tanış olub, habelə Operativ Müşahidə Mərkəzinin, Növbətçi hissənin iş prosesini birbaşa izləyiblər.
Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.
Ayrı-ayrı təhsil ocaqlarının da qatılacağı "Yol Polisimizlə bir gün” adlı layihənin ölkənin digər regionlarında da keçiriləcəyini nəzərdə tutulub.
Tədbir zamanı şagirdlərin çoxsaylı sualları cavablandırılıb və onlara Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man