"Avtosfer maarifləndirir" layihəsində bu dəfə, avtomobilin təhlükəsizlik elementlərindən biri haqqında video süjet hazırladıq.
Sürücülər ötmə və ya zolaqlar üzrə yerdəyişmə zamanı arxanı göstərən xarici güzgülərdən istifadə etsələr də, bəzən qonşu zolaqlardakı avtomobillər görünməyən zonaya düşür. Belə olan halda ya qəza, ya da üstünlüyə malik olan avtomobilin hərəkətinə hər hansı bir maneə yarana bilər.
Bu cür halların qarşısını almaq üçün görünməyən bucaqları göstərən güzgülərdən istifadə etmək lazımdır. Sürücü sükan arxasında oturarkən, qeyd etdiyimiz güzgülərin hesabına heç bir istiqamətə əyilmədən rahatlıqla qonşu zolaqlardakı avtomobilləri görə bilər.
Güzgü kiçik ölçülü, qiyməti isə çox münasibdir.
Təbriz Yusubov
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man