“Bakı Avropa Liqasının final oyununa hazırdır” - Azad Rəhimov

24 May 2019 | 14:35
OXUNUB: 1771
 

"Daha öncə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və "Formula-1” kimi böyük yarışlara ev sahibliyi etmişik. Amma Bakıda belə önəmli futbol oyunu ilk dəfə təşkil olunacaq”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

O, Türkiyənin "Anadolu” agentliyinə açıqlamasında mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı barədə danışıb. A. Rəhimov bildirib ki, "Çelsi” ilə "Arsenal”ın üz-üzə gələcəyi görüşdə azarkeşlər gərgin oyun izləyəcəklər: "Azərbaycanlı futbolsevərlər bu qarşılaşmanı maraqla gözləyirlər. Bakı Avropa Liqasının final oyununa hazırdır. 30 mindən çox xarici azarkeş ölkəmizə gələcək. Bu bizim üçün böyük bir sınaqdır. UEFA nümayəndələri də stadionu yoxlayıb. Bakı Olimpiya Stadionu 5 ballıq şkala ilə 4,5 xal alıb. Arena inşa olunarkən hər kvadratmetri nəzərə alınıb. Bütün sistemləri problemsiz çalışır. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey nəzərə alınıb”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man