Şəkidə piyadanı yük maşını vurub, vəziyyəti ağırdı

Yol qəzaları 01 Oktyabr 2019 | 10:10
OXUNUB: 670

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saat 06 radələrində

rayonun Şəki-Qoxmuq avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Dəmir Məhəmməd oğlu Musalovu yolu keçərkən kiçiktutumlu yük maşını vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan D. Musalov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, Reanimasiya şöbəsinə yerləşdirilən D.Musalova qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man