Taylandda tələbələrin olduğu pikapın qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident sentyabrın 29-da gecə saatlarında qeydə alınıb. Bu barədə “Thaiger” portalı məlumat yayıb.
Məlumata görə, tələbələr istehsal təcrübəsinin sona çatması münasibəti ilə şənlik keçiriblər. Şənlikdən sonra avtomobillə yataqxanaya qayıdarkən anidən sürücünü idarəetməsindən çıxan pikap əks yola çıxaraq aşıb və sürüklənərək dirəyə çırpılıb.
Nəticədə 12 nəfər aldığı xəsarətlərdən hadisə yerində digər 5 nəfər isə xəstəxanada dünyalarını dəyişiblər. Daha 1 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man