Elektromobil sənayesi 100 mindən çox iş yerinin ixtisarına səbəb olacaq

Nəqliyyat xəbərləri 29 Sentyabr 2019 | 18:15
OXUNUB: 1299

Almaniyada avtomobil sənayesində 2030-cu ilə qədər daxili yanma mühərrikindən elektrik mühərrikinə keçid nəticəsində 125 minə yaxın iş yeri ixtisara düşəcək.

Avtosfer.az-ın APA-ya istinadən “Welt am Sonntag” nəşrinə istinadən verdiyi məlumata görə, bu, “Center Automotive Research” (CAR) İnstitutunun analitik materialında əksini tapıb.

İstehsalın xarakterinin dəyişməsi ilə əlaqədar həmin iş yerləri sıradan çıxacaq. Bu gün dərc edilən hesabatda bildirilir ki, üç federal torpaqda yerləşən böyük avtomobil zavodları artıq dəyişikliyə hazırlaşırlar. Məsələ ondadır ki, artıq elektromobillərə bahalı akkumulyatorlar, adi avtomobil hissələri, mexaniki sürət ötürücülər və daxili yanma mühərrikinə malik avtomobillərin digər komponentləri lazım olmayacaq. Buna görə də elektromobillər iqtisadi baxımdan daha sərfəli olacaq.

CAR İnstitutunun ekspertləri hesab edirlər ki, 10 ildən sonra Almaniyada elektromobillər ölkədə istifadədə olan avtomobillərin 2/3-dən çoxunu təşkil edəcək. Həmin elektromobillərin istehsalı üçün isə hazırda daxili yanma mühərrikinə malik avtomobillərin istehsalında çalışan 834 min nəfər deyil, 709 min nəfər yetərli olacaq. Artıq Almaniya Maliyyə Nazirliyi də avtomobil sənayesinin yenidən qurulmasına dəstək planı üzərində çalışır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man