Rusiyada 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Tambov və Ryazan vilayətləri arasında qeydə alınıb.
Məlumat görə, P-22 Kaspi trasının 350-ci kilometrliyində “SsanYong” və “Geely” markalı iki minik avtomobili toqquşub. Qəzanın şiddətindən “Geely” yanıb.
Nəticədə “Geely”nin sürücüsü ilə digər maşında olan 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man