Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya isitnadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Ekoloji Nəzarət postunun yaxınlığında baş verib. Nicat Ağayev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini divara çırpıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü N.Ağayev sükan arxasında pul sayarkən diqqətsizlik edib. Nəticədə qəza törədib. Fakt araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man