Türkiyənin Diyarbəkir vilayətində minik avtomobilinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Çemrik rayonunun Marho istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Şanlıurfanın Siverek rayonundan Çemrik Kaplıcalara gedən Məhməd Bahrioğullarının (34) idarəetməsində olan 35 EB 1882 dövlət qeydiyyat nömrə nişanlı avtomobil, idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə sərnişinlərdən Fəxriyyə Qaçar (39) həyatını itirib, altısı uşaq olmaqla 9 nəfər, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınları ilə xəstəxanaya çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man