Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99-TR-452 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man