“Ölüm xəbərini anamdan gözləyirdim" - Mərhum aparıcının qardaşı - VİDEO - FOTO

21 May 2019 | 16:24
OXUNUB: 1642
ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum aparıcı və aktyor Kamran İsrafilovun həyatından danışılıb.

Milli.Az xəbər verir ki, aparıcının qohumları və ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb:

Sona Mərdəliyeva - bibisi: "Kök bir uşaq idi, həm də çox şirin. Yeməyi çox sevərdi, gecələr ayılıb ağlayardı. Həmişə yemək davası döyərdi ki, yemək istəyirəm. Mən onlarda çox olurdum. Atası, anası ona yemək vermək istəmirdi, çünki çox kökəlirdi. Mənə bir dəfə zəng etdi ki, anam ölüb gəl. Anasına sistem filan qoşdular. Sonra mənə dedi ki, sənə bir söz deyim. Anam ölsə, mən ölərəm. Mən də dedim ki, anan da, mən də öləcəm. Ölüm vaxtı çatıbsa, biz öləcəyik, sən hələ cavansan. Sənin bu sözünü heç sevmədim. Atası rəhmətə gedəndə xəstəxanada yerdə oturub başına-başına döydüyünü gördüm. Uşaq kimi ağlayırdı. Qradaşımın gəlini zəng etdi və dedi ki, bibi, bilirsən Kamran yıxılıb? Onların evində təmir gedirdi, ağlıma elə gəldi ki, nəyinsə üstünə çıxıb yıxılıb. Üstündən 3 dəqiqə keçdi, qardaşım zəng etdi, dedi ki, bilirsən Kamran ölüb... Məhv etdi bizi... Qapının ağzına gələnə kimi hələ də inanmırdım ki, niyə ölsün axı?"

Şölə İsrafilova - Qohumu: "Onun haqqında keçmişdən danışmağı istəmirəm. Mənim ürəyim, beynim hələ də qəbul etməyib ki, o yoxdur. İndiyə qədər nömrəsini telefonumdan silə bilməmişəm. Özümə söz vermişdim ki, ağlamayacam, gülə-gülə xatırlayacam onu. Amma içimdə o qədər boşluq var ki... Həkimlər ölüm diaqnozu kimi, beyninə qan sızma dedilər. Çox darıxıram..."

Cəbrayıl İsrafilov - Əmisi: "Kamran gözümün qabağında böyüyüb. Baxmayaraq ki, o, artıq yekə kişi idi, ailə sahibi idi, biz uşaqlıqdan ona "Kam-kam" deyirdik, elə böyüyəndə də "Kam-kam" dedik. Həmişə bir şey deyirdi: mən uşaqlarla məşğul oluram, uşaqlarla məşğul olan adamların ömrü çox az olur. İndiyədək anlaya bilmirəm ki, içində çox problem ola, amma sən bunu heç kimlə bölüşməyəsən. İçində məxfi və əsasən madiyyat problemləri var idi. Atasının qəfil dünyasını dəyişməsi ona zərbə oldu".

Cavid İsrafilov - Qardaşı: "Ölüm xəbərini anamdan gözləyirdim, çünki, doğurdan da, onun halı heç yaxşı deyildi. Zəng gələndə hətta soruşdum ki, bəlkə anama nəsə olub? Dedilər yox, belə. İndiyədək halım çox pisdir. İnciyirdim ki, məni niyə qoyub getdin. Darıxıram. Təsəvvür edin bu evdə 4 nəfərlik ailə var idi, indi gəlirsən ki, heç kim yoxdur".
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man