Bakıda baş vermiş qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, işıqforun qırımızı işığında keçən sürücü yol ayrıcında qəza törədib. Belə ki, digər avtomobillər üçün yaşıl ışıq yandığı hada "çatdırıb keçərəm" düşünərək tələsən sürücü öz yolu ilə hərəkətdə olan maşına çırpılıb. Zərbənin gücündən avtomobillər işıqfor dirəyinə dəyərək dayanlıb.
Qeyd edək ki, ötən həftə də analoji qəza barəsində video yayımlamışdıq. Bəzən sürücülər yaşıl işığın son saniyəsini qənimət bilərək yolayrıcına daxil olur. Bu zaman digər tərəfdə yaşıl yanan kimi hərəkətə başlayan avtomobil ilə toqquşur. Bu cür qəzalardan qaçmaq üçün yolayrıcına daxil olan zaman bir neçə saniyə gözləmək lazımdır. Həmçinin yaşıl işığın son saniyəsində də tələsib yolayrıcına daxil olmaq təhlükəlidir. Nəticə barədə aşağıdakı videoda görün.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man