Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident Madhya-Paradeş ştatında yerləşən Qvalior aviabazası yaxınlığında baş verib. Bu barədə “Hindustan Times” qəzeti yazır.
Məlumata görə, qırıcı təlim-məşq uçuşu keçirib və havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya düşüb.
Bildirilir ki, hər iki pilot katapult edə bilib. Onların həyatı üçün təhlükə yoxdur.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man